Orxan Kərimovun məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb

Orxan Kərimovun məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb
# 25 iyun 2012 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Orxan Kərimov iştirak etməyib. Onun vəkilləri bildiriblər ki, O.Kərimov xəstəliyi ilə əlaqədar olaraq Mərkəzi Klinik Xəstəxanada müayinədən keçir. O.Kərimov məhkəmədə iştirak etmədiyindən prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hakim bildirib ki, O. Kərimovun həkim müayinələrinin nəticəsi məlum olduqdan sonra növbəti prosesin vaxtı dəqiqləşdiriləcək.

Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Orxan Kərimov şair Əli Kərimin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR