Zaqatala rayon Məhkəməsinin hakimi yuxarı vəzifəyə təyin olunacaq

Zaqatala rayon Məhkəməsinin hakimi yuxarı vəzifəyə təyin olunacaq
# 25 iyun 2012 11:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Zaqatala rayon Məhkəməsinin hakimi daha yuxarı vəzifəyə təyinat alacaq. APA-nın xəbərinə görə, hakim Elçin Hüseynovun yuxarı instansiya məhkəməsinə təyin edilməsi məsələsinə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçiriləcək iclasında baxılacaq. Onun Şəki Apellyasiya məhkəməsinə hakim təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Hüseynov Elçin Şirin oğlu 2007-ci ildən indiyədək Zaqatala rayon Məhkəməsinin hakimi işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR