Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışının final mərhələsi keçirilir

Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışının final mərhələsi keçirilir
# 25 iyun 2012 18:20 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. İyunun 25-də Qəbələ rayonunda “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışının final mərhələsinə start verilib. APA-nın məlumatına görə FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın finalında 19 şəhər və rayonun komandası beş mərhələdə - “Manelər zolağı”, “Kombinəedilmiş yanğın estafaeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparır.
Finalda ölkənin müxtəlif bölgələrində keçirilən zona yarışlarında ilk iki yeri tutan komandalar iştirak edir. Qəbələ şəhərində quraşdırılan çadır şəhərciyində keçirilən yarış iyunun 30-da başa çatacaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR