Şəkidə 4,5 bal gücündə zəlzələ baş verib

Şəkidə 4,5 bal gücündə zəlzələ baş verib
# 26 iyun 2012 03:37 (UTC +04:00)
Bakı-APA. Şəkidə növbəti zəlzələ baş verib. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. Məlumata görə, 26 iyun 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 01:05-də Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 4,5 bal təşkil edib. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR