Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb
# 26 iyun 2012 15:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Məlumata görə, ilkin ehtimala əsasən yanğına qısaqapanma səbəb olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün saat 17.00 radələrində Bakının Oruc Əliyev küçəsi 9/12 ünvanında, Rəssamlar Akademiyasının arxasında yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Mənzillərdən birində meydana gələn yanğını söndürmək üçün əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR