Göyçay sakininə və Türkiyə vətəndaşlarına məxsus pul və mobil telefonlar oğurlanıb

Göyçay sakininə və Türkiyə vətəndaşlarına məxsus pul və mobil telefonlar oğurlanıb
# 27 iyun 2012 07:16 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay sakininin mənzilindən oğurluq olub. APA-nın məlumatına görə naməlum şəxs Göyçay şəhərinin Ziya Bünyatov küçəsindəki 2 saylı mənzildə yaşayan Qurban Şirinovun mənzilinə daxil olaraq oradan 1080 manat pulu, ev sahibinə və Türkiyə vətəndaşları Halim Akgünəş və Əda Akgünəşə məxsus ümumi dəyəri 450 manat olan 3 ədəd mobil telefonu oğurlayıb. Oğurluq zamanı ev sahibi qonaqları ilə birgə qızının toy məclisində olublar. Oğrunun tapılması istiqamətində Göyçay rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR