Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 27 iyun 2012 07:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən 1990-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.5 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Quliyev Amil Rahil oğluna qohumu Şəbiyev Seymur İlqar oğlunun gətirdiyi sovqata baxış keçirilib. Həmin vaxt 3 ədəd çörəyin içərisində gizlədilmiş, hər birində 2 kibrit qutusu olmaqla, cəmi 6 ədəd kibrit qutusu içərisində ümumi xalis çəkisi 12,63 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR