“Ayna” Mətbuat Evinin qətldə təqsirləndirilən sabiq vitse-prezidentinin apellyasiya şikayəti təmin olunmayıb

“Ayna” Mətbuat Evinin qətldə təqsirləndirilən sabiq vitse-prezidentinin apellyasiya şikayəti təmin olunmayıb
# 27 iyun 2012 08:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Ayna” Mətbuat Evinin qəsdən adam öldürmədə təqsirləndirilən sabiq vitse-prezidenti Fərhad Süleymanovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Fərhad Süleymanov İlya Şabanovla birlikdə tanışı Rauf Həsənovu öldürülməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Süleymanov 14 il müddətinə azadlıqdan məhrum olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR