Tahir Məmmədli: “Şəki-Zaqatala bölgəsində seysmik aktivlik hələ fon səviyyəsinə enməyib”

Tahir Məmmədli: “Şəki-Zaqatala bölgəsində seysmik aktivlik hələ fon səviyyəsinə enməyib”
# 27 iyun 2012 08:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Şəki-Zaqatala bölgəsində seysmik aktivlik hələ fon səviyyəsinə enməyib. Buna görə də bölgədə xırda təkanların olması gözləniləndir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli Şəkidə son günlər baş verən zəlzələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mayın 7-də baş verən zəlzələdən sonra seysmoloqlar bölgədə gərginlik boşalmasının bir neçə ay davam edəcəyini və xırda təkanların baş verəcəyini bildiriblər: “Şəkidə baş verən son zəlzələlər də elə həmin zəlzələ ocağında qeydə alınıb. Zəlzələlərin maqnitudası 4-dən artıq olmayıb. Sadəcə yeraltı təkanın dərinliyi az olduğundan və hadisə gecə vaxtı baş verdiyindən əhali bunu daha çox hiss eləyib və təşvişə düşüb”.

T. Məmmədli deyib ki, ümumilkdə gün ərzində zəlzələ ocağında 2-3 hiss olunmayan təkan qeydə alınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR