Kemerovoda Azərbaycan diaspor qurumunun rəhbərinə sui-qəsd edilib

Kemerovoda Azərbaycan diaspor qurumunun rəhbərinə sui-qəsd edilib
# 27 iyun 2012 08:42 (UTC +04:00)
APA-nın “Reqnum” informasiya agentliyinə istinadən verdiyi məlumatına görə, dünən adı açıqlanmayan 52 yaşlı diaspora rəhbəri öz avtomobilində hərəkət edərkən naməlum şəxs ona 3 dəfə atəş açıb. Güllələrdən biri sürücünün barmağına, iki güllə isə avtomobilə dəyib.

Qeyd edək ki, adı açıqlanmayan diaspor rəhbərinə qarşı əvvəllər də iki dəfə sui-qəsd edilib. Naməlum şəxs tapançadan ona atəş açaraq hadisə yerindən qaçmağa müvəffəq olub.

Hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Sui-qəsdə cəhd” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR