Azərbaycanda baş verən dəhşətli yol qəzasında dünyasını dəyişən şəxslərdən biri bələdiyyə sədridir - YENİLƏNİB

Azərbaycanda baş verən dəhşətli yol qəzasında dünyasını dəyişən şəxslərdən biri bələdiyyə sədridir - <font color=red>YENİLƏNİB</font>
# 27 iyun 2012 09:32 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov. Zahid Abışov-APA. Bakı-Şamaxı yolunda baş vermiş dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib. APA-nın yerli bürosunun məlumatına görə, “Kamaz” markalı yük maşını ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində beş nəfər dünyasını dəyişib. Qəza nəticəsində dünyasını dəyişənlər Göyçay rayon Aşağı Qaraməryəm kənd bələdiyyəsinin sədri Nadir Abdullayev, oğlu Rafiq Abdullayev, ailə üzvləri Qənirə Aslanova, Səkinə Aslanova və Xoşgün Aslanovadır.

Xatırladaq ki, hadisə bu gün səhər 9.30 radələrində, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə baş verib. Yolda eyni istiqamətdə hərəkət edən iki yük maşınından biri yoldan çıxaraq aşıb. Onun ardınca gələn ikinci yük maşını isə idarəetməni itirərək əks istiqamətdə hərəkət edən “VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2106”nın sürücüsü və maşında olan 4 sərnişin hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət başlanıb araşdırmaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR