Xaçmazda avtomobil təmiri sexi yanıb

Xaçmazda avtomobil təmiri sexi yanıb
# 27 iyun 2012 10:09 (UTC +04:00)
Xaçmaz. Vəli Turan-APA. Xaçmaz şəhərində avtomobil təmiri sexində yanğın baş verib. Hadisə bu gün, şəhərin 20 Yanvar küçəsindəki avtomobil təmiri sexində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın nəticəsində 90 kvadratmetr ərazi yanıb. Avtomobil sexində olan 10 XZ 451 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomaşın da yanaraq külə dönüb. Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovun daha geniş əraziyə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR