Ələt-Astara magistralında baş verən yol qəzası avtomobillərin hərəkətində problem yaradıb

Ələt-Astara magistralında baş verən yol qəzası avtomobillərin hərəkətində problem yaradıb
# 27 iyun 2012 11:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyunun 27-də saat 12.00 radələrində Ələt-Astara magistralının 201-ci kilometrliyində - Lənkəranın Şilavar kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Kəmaləddin Babayevin idarə etdiyi “Volkswagen” markalı, 99 BP 759 dövlət nömrəli avtomobil, Lerik rayon sakini, 1979-cu il təvəllüdlü Əhliman Ağayevin idarə etdiyi “KamAZ” markalı, 42 BN 129 dövlət nömrə nişanlı yük maşını və İran İslam Respublikasının Astara şəhər sakini, 1984-cü il təvəllüdlü Hüseyn Məliknicatın idarə etdiyi “MAZ” markalı, 53 A 55810 qeydiyyat nişanlı ağır tonnajlı yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, “Volkswagen” markalı və İran vətəndaşına məxsus maşınlar ciddi zədələnib. Həmçinin magistral yolda avtomobillərin hərəkəti bir neçə müddət iflic vəziyyətə düşüb. Yol polisinin hadisə yerinə gəlməsi ilə yolda maşınların gediş-gəlişi nizama salınıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR