Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 79 əcnəbi saxlanılıb

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 79 əcnəbi saxlanılıb
# 27 iyun 2012 12:28 (UTC +04:00)
DMX-dən APA-ya verilən məlumata görə, 18-23 iyun tarixlərində xidmət tərəfindən Bakı şəhəri və Abşeron rayonunda qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 79 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycanın inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR