Azərbaycan paytaxtında kişi azyaşlı uşağın gözü qarşısında ananın başını kəsib

Azərbaycan paytaxtında kişi azyaşlı uşağın gözü qarşısında ananın başını kəsib
# 27 iyun 2012 13:02 (UTC +04:00)
Sabirabad sakini Fikrət Cabbarov küçəsinin ortasında, qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu Əminə Qədimovanın boğazını bıçaqla kəsərək qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən F. Cabbarov tutulub.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə baş verən zaman Ə. Qədimovanın azyaşlı övladı da yanında olub. Anasının qətlindən uşaq şoka düşüb. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR