Bakıda "Crans Montana Forum" regional tədbir ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Crans Montana Forum" regional tədbir ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 27 iyun 2012 15:26 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu tədbirin keçirilməsi ilə rəsmi qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə iyunun 28-dən iyulun 2-dək Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev, Neftçilər, Azadlıq prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, həmçinin Mərdəkan, Buzovna və Zuğulba istiqamətində nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

V. Əsədov sürücüləri adıçəkilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR