Qaxda baş verən yol qəzasında biri uşaq olmaqla, 3 nəfər yaralanıb

Qaxda baş verən yol qəzasında biri uşaq olmaqla, 3 nəfər yaralanıb
# 27 iyun 2012 23:46 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Qax-Qorağan yolunun 12-ci kilometrliyində baş verib. 1969-cu il təvəllüdlü, Qax şəhər sakini Alakulaşvili Anzor Nazaroviç idarə etdiyi “Opel Vectra” markalı, Gürcüstan dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Anzor Alakuaşvili, onun qohumu 1988-ci il təvəllüdlü, Alakulaşvili Svetlana Tamazovna və Svetlana Alakuaşvilinin 6 yaşlı oğlu Dukaşvili Zura Levanoviç aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR