Azərbaycanın Siyəzən rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ağır yaralanıb

Azərbaycanın Siyəzən rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ağır yaralanıb
# 28 iyun 2012 06:45 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Bakıdan Quba istiqamətində hərəkət edən, 37 yaşlı Bakı sakini Elşən Məmmədovun idarə etdiyi 90 CE 950 dövlət nömrə nişanlı BMW markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkətdə olan HO 20 470 dövlət nömrə nişanlı, “Farko” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə BMW-nin sürücüsü Elşən Məmmədov, sərnişinləri - Bakı sakinləri Zəminə Orucova, Təranə Qurbanova, Natella Allahverdiyeva və Xaçmaz sakini Vadim Rəfixanov ağır yaralanıb.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib, ilkin tibbi yardımdan sonra Baklıda yerləşən xəstəxanalardan birinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR