Ağdaş sakinindən 15 kq marixuana götürülüb

Ağdaş sakinindən 15 kq marixuana götürülüb
# 28 iyun 2012 06:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsi M.Abdin küçəsində Ağdaş rayon sakini İlqar Bəkirlidən 15 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR