Bakıda silahlı şəxs həbs edilib

Bakıda silahlı şəxs həbs edilib
# 28 iyun 2012 06:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakinindən silah və narkotik götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini Elmar Sadıqovdan 0,832 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun üzərinə baxış keçirilərkən «Makarov» tipli tapança, ona aid sandıqça və səs boğucusu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR