Azərbaycanda 21 yaşlı gənc dənizdə batıb

Azərbaycanda 21 yaşlı gənc dənizdə batıb
# 28 iyun 2012 07:43 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Şabran rayon sakini dənizdə batıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həmyə kəndi ərazisində qeydə alınıb. Dənizdə batan şəxsin 21 yaşlı Araz Məmmədov olduğu bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sularda xilasetmə xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda həmin şəxsin axtarışları üzrə əməliyyat davam etdirilir. A. Məmmədovun qadağan olunan ərazidə çimərkən batdığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR