BQXK 2011-ci il üçün illik hesabatını açıqlayıb

BQXK 2011-ci il üçün illik hesabatını açıqlayıb
# 28 iyun 2012 09:19 (UTC +04:00)
BQXK-nın Azərbaycan Nümayəndəliyindən APA-ya verilən məlumata görə, BQXK 2011-ci ildə dünyanın 80 ölkəsində yardım proqramları həyata keçirib. İşin əsas hissəsi Əfqanıstan, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Liviya, Mali, Niger, Pakistan, Filippin, Somali, Cənubi Sudan, Tailand, Tunis və Yəməndə görülüb. Ümumilikdə BQXK ötən il bütün dünyada 4.9 milyondan çox insana ərzaq paylayıb. Təxminən 3.8 milyon insan uzunmüddətli ərzaq istehsalı proqramları və mikro-iqtisadi təşəbbüslər vasitəsilə həyata keçirilən vəsait yardımından faydalanıb. BQXK-nın su, sanitar vəziyyətin yaxşılaşdırılması, tikinti kimi fəaliyyət növləri təxminən 22 milyon insana kömək edib. Bu, 2010-cu ildə olduğundan iki dəfə artıqdır. Ötən il BQXK-nın yardımından faydalanan insanların üçdə ikisindən çoxu qadınlar və uşaqlar olub. Tibbi və sağlamlıqla bağlı digər xidmətlər 6.8 milyondan çox insana göstərilib.

BQXK 2011-ci ildə 540000-dən çox tutulub saxlanmış şəxsə baş çəkib. Onlardan 28900 insana fərdi şəkildə 75 ölkənin 1869 saxlanma yerlərində və 5 müxtəlif beynəlxalq məhkəmədə nəzarət edilib. Başçəkmələrin məqsədi tutulub saxlanmış şəxslərin ləyaqətinə hörməti təmin etmək, işgəncə və digər pis rəftar və təhqirin qarşısını almaqdır. Məqsəd həm də saxlanma şəraitinin yaxşı olması və tutulub saxlanmış insanların beynəlxalq humanitar hüququn tələbinə uyğun olaraq öz ailələri ilə yazışmalarını təmin etməkdir.

BQXK eyni zamanda silahlı zorakılıq və fəlakət nəticəsində ayrı düşənlərin əlaqə yaratmalarına yardımçı olub. Ötən il BQXK barələrində qohumları tərəfindən axtarış sorğusu açılmış 7000-dən artıq insanın harada olmalarını müəyyənləşdirib və təxminən 1500-dən çox insanı öz ailələri ilə yenidən qovuşdurub. Təşkilat azad olunduqdan sonra vətənə göndəriləsi tutulub saxlanmış şəxslər də daxil olmaqla 6000-dən çox insanın repatriasiyası və köçürülməsini təşkil edib.

BQXK prezidenti Yakob Kelinberqer təşkilatın illik hesabatına dair Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, bütün dünyadakı mövcud silahlı münaqişələr və digər zorakılıq vəziyyətləri ilə yanaşı, Orta Şərq və Afrikada 2011-ci ildə başlamış dərin böhranlar milyonlarla insanlar arasında böyük iztiraba səbəb olub və onları kəskin şəkildə yardımdan asılı vəziyyətə salıb: “2011-ci il hadisələrinin sürəti və miqyası, yaranmış kütləvi humanitar ehtiyaclar təsirli və vaxtında veriləsi cavab üçün mühüm çağırışlara səbəb olub. Sağlamlığa qayğı məsələlərinə rahat yardımın çox vaxt olmaması ilə nəticələnən tibbi heyətə və ləvazimata hücumlar bir çox yerlərdə davam edib. Bu, hədsiz dıərəcədə ciddi, hələ də nəzarətdən kənarda qalmış humanitar bir məsələ kimi gündəmdədir. Əfqanıstan, Somali, Suriya və Liviya da daxil olmaqla dünyanın təxminən 6.8 milyon insanının – yaralı və xəstələrinin faydalandığı tibbi və sağlamlığa qayğını təmin etmək üçün BQXK-nın səyləri artıb. 2011-ci il boyu bizim qərəzsiz, neytral və müstəqil yanaşmamızın dəyəri sınağa çəkildi. Buna baxmayaraq, bizim qəbul etdiyimiz prinsipli yanaşmaya çox inanıram və humanitar fəaliyyətlərimizin uyğunluğu daha çox ehtiyacı olan insanlara baş çəkmək üçün girişi təmin etməkdə hələ də ayrılmaz elementlər olaraq qalır".

BQXK-nın 2011-ci il üçün məxarici 1 milyard İsveçrə frankından çox (təxminən 1.2 milyon ABŞ dolları və ya 861 milyon avro) olub. Somalidə münaqişənin təsir etdiyi ərazilərdə ərzaq təhlükəsi kəskin olaraq pisləşib, vəziyyətin pisləşməsi və ehtiyacın artması ilə əlaqədar BQXK-nın ölkə üçün ilkin büdcəsi genişmiqyaslı əməliyyat kimi iki dəfədən də çoxalıb. Bu, 92 milyon İsveçrə frankından çox (təxminən 105 milyon ABŞ dolları və ya 75 milyon avro) məbləğdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR