İrandan Azərbaycana xeyli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

İrandan Azərbaycana xeyli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 28 iyun 2012 10:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana xeyli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Cavid Nəsirov və Hafiz Nağıyevin hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Saxlanılan zaman onlardan 1 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR