Sahib Məmmədovun Vəkillər Kollegiyasına qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib

Sahib Məmmədovun Vəkillər Kollegiyasına qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib
# 28 iyun 2012 12:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun Vəkillər Kollegiyasına qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov vəsatətlə çıxış edərək, iddianın Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş edib. O, bildirib ki, iddiaya adiyyatı üzrə rayon məhkəməsində baxılmalıdır. Məhkəmə onun vəsatətini təmin edərək, iddianı baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, S. Məmmədov iddiasında Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin kollegiyaya üzv olmasına mane olduğunu qeyd edib. İddiada Vəkillər Kollegiyasının Rəyasət Heyətinin hərəkətinin qanunsuz hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR