İranda 11 azərbaycanlı fəalın məhkəməsi keçirilib

İranda 11 azərbaycanlı fəalın məhkəməsi keçirilib
# 28 iyun 2012 13:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda 11 azərbaycanlı fəalın məhkəməsi keçirilib. APA-nın məlumatına görə, proses iyunun 26-da Xoy İnqilab Məhkəməsində baş tutub. Şirzad Hacilu, Bəhmən Nəsirzadə, Şəhram Yüzbaşı, Məhəmməd Əhədi, Vahid Faizpur, Cavad Pərixani, Mehdi Tufarqanlı, Həmid Pur Cəfər Əli, Mehdi Qiyasi, Məhəmməd Xuruşa və Məhəmməd Bayat ölkənin milli təhlükəsizliyinə xələl gətirməyə cəhd göstərməkdə və qanunsuz toplantılara qatılmaqla ümumi asayişi pozmaqda günahlandırılıb. Məhkəmənin azərbaycanlı fəallar barəsində nə qərar çıxardığı açıqlanmayıb.
Qeyd edək ki, azərbaycanlı fəallar avtomobil qəzasında ailəsi ilə birlikdə ölən İbrahim Cəfərzadənin dəfn mərasimində həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR