İmişlidə yeni ailə qurmuş qız intihar edib

İmişlidə yeni ailə qurmuş qız intihar edib
# 28 iyun 2012 21:25 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı-APA. İmişli rayonunda yeni ailə qurmuş qız intihar edib.

İmişli rayon prokurorluğunun müstəntiqi Elşad Əzimovun APA-nın Mil-Muğan bürosunun əməkdaşına verdiyi məlumata görə, Türkmənistanın Türkmənbaşı şəhərində anadan olmuş, 1993-cü il təvəllüdlü Novruzova Samirə Rafiq qızı İmişli rayonu, 28 May küçəsində yaşadığı mənzildə özünü mələfə ilə tavandan asaraq intihar edib. S. Novruzova dörd ay əvvələ qədər Astara rayonunda yaşayıb. O, İmişli rayonuna gəlin köçüb.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR