Qaxa dincəlməyə gedən Ağcabədi sakini yaşadığı evdə özünü asaraq intihar edib

Qaxa dincəlməyə gedən Ağcabədi sakini yaşadığı evdə özünü asaraq intihar edib
# 29 iyun 2012 07:09 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 1960-cı ildə Şəki rayonu Dəhnə kəndində anadan olan, hazırda Ağcabədi rayonunun Qaradolaq kəndində yaşayan Yusifova Dürdanə Çərkəz qızı əri ilə birlikdə bir neçə gün əvvəl Qax rayonu İlisu kəndinə dincəlməyə gəliblər. Dürdanə Yusifova İlisu kəndində yaşadığı evdə özünü asaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, Dürdanə Yusifova 7 ay əvvəl Ağcabədi rayonu, Qaradolaq kənd sakini 74 yaşlı Nadir Əliyevə ərə gedib. Dürdanə Yusifovanın İlisuda intihar etdiyi ev də ərinə məxsus olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR