Zaqatalada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Zaqatalada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
# 29 iyun 2012 08:37 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Zaqatala Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Zutov Ruslan Həbibullah oğlunun idarə etdiyi «VAZ-21099» markalı avtomobillə velosipedlə hərəkətdə olan Maqov kənd sakini, 1953-cü il təvəllüdlü Şabanov Hacıəhməd Musa oğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən H. Şabanov orada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR