Bakı-Qazax qatarında insident olub

Bakı-Qazax qatarında insident olub
# 29 iyun 2012 08:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı-Qazax qatarında insident olub. Nəqliyyatda Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən qeydə alınıb. Bakı-Qazax qatarının 3-cü vaqonunda sərnişin qismində gedən Şamaxı şəhər sakini 1991-ci il təvəllüdlü Kərimov Mahir Fərhad oğlu, digər sərnişin Yevlax şəhər sakini 1990-cı il təvəllüdlü Salahzadə Nicat Əlastan oğlunu döyərək mobil telefonunu, şəxsi sənədini və pulunu ondan alıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən M. Kərimov tutulub, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR