Bakı-Şamaxı yolunda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb

Bakı-Şamaxı yolunda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb
# 29 iyun 2012 12:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, hadisə bu gün saat 14.30-da, yolun 117-ci kilometrliyində qeydə alınıb. Şamaxı rayonunun Mərzəndiyə kənd sakini, 1990-cı il təvəllüdlü Babaşov Elyar Sahib oğlunun idarə etdiyi 56 BD 649 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobili yağışlı havada yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişin, 1989-cu il təvəllüdlü Mirzəliyev Əvəz Ayazxan oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR