Elçin Behbudov Sumqayıtda polis bölməsində ölən şəxslə bağlı araşdırma aparıb

Elçin Behbudov Sumqayıtda polis bölməsində ölən şəxslə bağlı araşdırma aparıb
# 29 iyun 2012 13:03 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və digər hüquq müdafiəçisi Elçin Şirinov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi məlumata görə, təcridxanada 31 nəfər saxlanılır: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmayıb. Həmçinin idarənin rəisi Əkbər İsmayılovla görüşdüm. Əkbər İsmayılov bildirdi ki, iyunun 30-da Sumqayıt şəhər Polis İdarəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçiriləcək” .

E. Behbudov iyunun 26-da Sumqayıt şəhərindəki 3-cü Polis Bölməsində dünyasını dəyişmiş Ataş Xudiyevin ölümü ilə bağlı da araşdırma apardığını da deyib: “Bizim araşdırmamız nəticəsində məlum oldu ki, 1964-cü il təvəllüdlü Ataş Xudiyev gecə saat 4-də Zöhrab Verdiyev adlı taksi sürücüsünə yaxınlaşaraq onu xəstəxanaya aparmasını xahiş edib. Həmin vaxt Ataş Xudiyev sərxoş olub. Lakin xəstəxanaya çatanda o, maşından düşmək istəməyib. Bundan sonra Zöhrab Verdiyev onu polis əməkdaşlarına təhvil verib. Bölməyə gətiriləndən sonra isə qəflətən vəziyyəti pisləşib və ölüb. Mən onun qohumları ilə də əlaqə saxladım. Məlum oldum ki, onun meyitinin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Həmçinin Ataş Xudiyev iki dəfə infarkt keçirib. Ürəyindən əməliyyat olunub. Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR