Fatmayı-Pirşağı yolunun kənarında istifadəyə yararlı külli miqdarda partlayıcı və döyüş sursatı aşkarlanıb

Fatmayı-Pirşağı yolunun kənarında istifadəyə yararlı külli miqdarda partlayıcı və döyüş sursatı aşkarlanıb
# 29 iyun 2012 16:10 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.
Nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 54 ədəd partlayış təhlükəli əşya (3 ədəd kiçik maqnitli mina, 10 ədəd “VOQ – 17” Qumbarası, 4 ədəd “Zapal MD” – 2, 6 ədəd F-1 əl qumbarası, 1 ədəd “RQD-5” əl qumbarası, 1 ədəd qeyri-standart əl qumbarası, 8 ədəd “UZRQM” zapalı, 4 ədəd “RKQ 3E” tank əleyhinə əl qumbarası, 11 ədəd T.Ə.Ə.Q. RKQ 3E əl tutacağı, 3 ədəd “RQ-7” mərmisinin barıt atımı, 3 ədəd “MPM” minasının zapalı) və 1771 ədəd döyüş sursatıdır (744 ədəd Patron 5.45 mm, 775 ədəd Patron PS 7.62, 203 ədəd TOZ-8 tüfəng gülləsi, 23 ədəd Patron LPS 7.62, 23 ədəd avtomat sandığı 7.62, 1 ədəd əl pulemyotu RPK sandığı, 2 ədəd CVD tüfəng sandığı). Aşkarlanmış partlayış təhlükəli əşyalar və hərbi sursatlar müvafiq qaydada zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR