Ucarda mağazadan 27 min manat pul oğurlanıb

Ucarda  mağazadan 27 min manat pul oğurlanıb
# 29 iyun 2012 20:05 (UTC +04:00)
Ucar. Elvin Yaqubov-APA. Ucar rayonunda sahibkara məxsus topdansatış ərzaq mağazasından 27 min manat pul oğurlanıb. APA-nın məlumatına görə hadisə iyunun 29-da gecə saat 03:00 radələrində qeydə alınıb. Naməlum şəxs Bakı-Qazax yolunun kənarında, Ucar rayonunun Qarabörk kəndi ərazisində sahibkar İsrail Hüseynova məxsus mağazanın şifer dam örtüyünü sındıraraq içəri daxil olub və ofisin dəmir qapısını və oradakı seyfin qapısını sındıraraq 27 min manat pulu oğurlayıb. Mağazaya gecə nəzarət edən şəxs həmin vaxt əraziyə elektrik verilişinin dayandığını və hadisədən xəbərsiz olduğunu bildirib. Həmin pullar müxtəlif firmalara veriləcəkdi. Faktla bağlı Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR