Azərbaycanda mağazaya basqın olub, bir nəfər qətlə yetirilib

Azərbaycanda mağazaya basqın olub, bir nəfər qətlə yetirilib
# 30 iyun 2012 07:52 (UTC +04:00)
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində naməlum şəxs mağazaya basqın edərək, orada işləyən 1942-ci il təvəllüdlü Əşrəaf Ağamirzəyevi qətlə yetirib. İlkin məlumata görə, hadisə qarət məqsədi ilə törədilib.

Hazırda həmin şəxsin kimliyi və tutulması istiqamətində araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR