Bakıda oğurluqla məşğul olmaqda təqsirli bilinən şəxslər tutulub

Bakıda oğurluqla məşğul olmaqda təqsirli bilinən şəxslər tutulub
# 30 iyun 2012 08:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqla məşğul olmaqda təqsirli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, metronun “Nərimanov” stansiyasının keçidində Bakı şəhər sakini Camal Nuriyevə məxsus köşkdən 24 ədəd lotereya oğurladığı üçün Novruz Əhmədov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsində yerləşən Xəzər rayon Məşğulluq İdarəsində orada işləyən Bakı şəhər sakini Güdşən Xudatovun əl çantasından 101 manat oğurlayan Şaiq Bünyadov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

191 saylı xətt avtobusunda Beyləqan rayon sakini Aytəkin Tapdıqovanın mobil telefonunu oğurlayan Elgün Fərzəliyev isə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR