Bakıda axtarışda olan 6 nəfər tutulub

Bakıda axtarışda olan 6 nəfər tutulub
# 30 iyun 2012 08:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan 6 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Elşən Mirzəağayev tutulub.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Rza Rzayev saxlanılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Sənan Əlizadəni və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Musa Hüseynovu tutublar.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ramil Ağayev, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Etibar Qarayev tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR