Azərbaycanın Quba rayonunda toydan qayıdan iki gənc avtoqəzada ölüb

Azərbaycanın Quba rayonunda toydan qayıdan iki gənc avtoqəzada ölüb
# 30 iyun 2012 08:39 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubadan Pirvahid kəndinə gedən yolda “BYD F3” markalı, 90 BT 310 dövlət nömrə nişanlı avtomobil əvvəlcə ağaca, daha sonra dəmir darvazaya çırpılıb. Qəza nəticəsində sürücü, II Nügədi kənd sakini, 19 yaşlı Seyid Yunusov və onun həmkəndlisi, 24 yaşlı Əfsan Bayramov ölüb. Onların toydan qayıdarkən qəzaya düşdükləri bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR