Azərbaycanda elektrik cərəyanın vurması nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Azərbaycanda elektrik cərəyanın vurması nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 30 iyun 2012 10:30 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, iyunun 29-da Ağsu rayonunun Padar-Qışlaq kənd sakini Tural Xəlilov elektrik cərəyanı vurması nəticəsində ölüb. Həmin gün həmçinin Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Gülarə Rüstəmova həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb, oğlu İntiqam isə yüngül yanıq xəsarəti alıb. İntiqam xəstəxanaya yerləşdirilib.

İyunun 30-da isə Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki kafedə orada təmir işləri aparan Astara rayon sakini İlqam Bunyadov elektrik cərəyanı vurması nəticəsində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR