Xızıda ölümlə nəticələnən yol qəzası baş verib

Xızıda ölümlə nəticələnən yol qəzası baş verib
# 30 iyun 2012 10:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 30-da saat 00:30 radələrində Xaçmaz rayon sakini Əfqan Heydərov idarə etdiyi «Ford Tranzit» markalı avtomaşınla Sumqayıt şəhər sakini Mehman İbrahimovu vurub. Nəticədə M.İbrahimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR