Kürdəmirdə 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 30 iyun 2012 11:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, iyunun 29-da saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Cavid Şıxəliyevin idarə etdiyi «BMW» markalı və Cöhranlı kənd sakini Məhiyəddin Vəlicanovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşınlar toqquşub. Nəticədə M.Vəlicanovun sərnişinlərindən Cöhranlı kənd sakini Savalan Vəlicanov aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış özü və oğlu Elməddin, habelə C.Şıxəliyevin sərnişini, Kürdəmir rayon sakini Şəhriyar İsmayılzadə xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR