Türkiyə vətəndaşları Azərbaycan paytaxtında avtomobil qəzasına düşüblər, üç nəfər yaralanıb

Türkiyə vətəndaşları Azərbaycan paytaxtında avtomobil qəzasına düşüblər, üç nəfər yaralanıb
# 30 iyun 2012 11:41 (UTC +04:00)
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınının baş həkiminin müavini Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, qəza nəticəsində Türkiyə vətəndaşları – 20 yaşlı Sudat Nam Həsət, 23 yaşlı Burak Kılıcaslan və 40 yaşlı Hüseyn Nursel Mustafa yaralanıblar. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Hüseyn Nursel Mustafada açıq kələ-beyin travması, Sudat Nam Həsətdə döş qəfəsinin, Burak Kılcasanda isə sol əlin və sol bazunun sınıqları qeydə alınıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, LF-7160 markalı avtomobil idarəetməni itirərərək yolun kənarındakı maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR