Heydər Əliyev Mərkəzində başlamış yanğının miqyası böyüməkdədir - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Heydər Əliyev Mərkəzində başlamış yanğının miqyası böyüməkdədir - <font color=red>FOTOSESSİYA - VİDEO - YENİLƏNİB</font>
# 20 iyun 2012 09:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Heydər Əliyev Mərkəzində başlamış yanğının miqyası böyüməkdədir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğını söndürmək üçün əraziyə 50-dən artıq yanğınsöndürmə briqadası gəlib. Yanğın nəticəsində əmələ gələn qatı tüstü şəhərin əksər yerlərindən görünməkdədir. Hazırda alovun söndürülməsi istiqamətində müvafiq tədbirlər görülməkdədir. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi hadisə yerindədir. İlkin müşahidələrə görə, yanğın bunanın girş hissəsinin üst qatında başlayıb. Hazırda alovun binanın dam örtüyünü tam əhatə etdiyi görünməkdədir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, hadisı yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Hələlik yanğınla əlaqədar hər hansı şəxsin xəsarət almasına dair müracitə daxil olmayıb. Stansiyadan bildiriblər ki, tüstüdən boğulma hadisələrinin baş vermə ehtimalı olduğundan briqadalar hadisə yerində fəaliyyətini davam etdirilir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov da hadisə yerindədir. Alovun söndürülməsinə yanğınsöndürən vertolyotlar cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR