Heydər Əliyev Mərkəzində başlamış yanğın daha da güclənməyə başlayıb - FOTOSESSİYA - VİDEO

Heydər Əliyev Mərkəzində başlamış yanğın daha da güclənməyə başlayıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 20 iyun 2012 09:37 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir qədər əvvəl hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın lokallaşdırılsa da, güclü külək yanğının miqyasının yenidən böyüməsinə səbəb olub. Hazırda əraziyə əlavə yanğınsöndürmə briqadaları cəlb olunub. Alovun söndürülməsinə havadan helikopterlər də dəstək verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı şəhər prokuroru Əziz Seyidov hadisə yerindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR