Azərbaycanda 76 yaşlı kişi özünü güllələyib

Azərbaycanda 76 yaşlı kişi özünü güllələyib
# 08 avqust 2012 07:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda intihar hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Goradil bağlarında qeydə alınıb. Bakı şəhər sakini, 76 yaşı Firuzağa Mehdi oğlu Rzayev yaşadığı bağ evində ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR