ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib - FOTOSESSİYA

ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib - <font color=red>FOTOSESSİYA</font>
# 17 avqust 2012 20:36 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib. APA-nın məlumatına görə tədbirdə Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda akkreditə olunmuş diplomatlar və digər qonaqlar iştirak ediblər. Qonaqları salamlayan ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq bu mərasimin səfirliyin hər il keçirdiyi tədbirlər arasında ən sevimli tədbirlərdən olduğunu vurğulayıb. O bildirib ki, bu mərasim, həmdə ortaq dəyərlərimizi qeyd etmək və Azərbaycanda dini tolerantlıq və hörməti qiymətləndirmək imkanı verir. Adam Sterlinq mərasimə gələn qonaqlara təşəkkürünü bildirib, azərbaycanlıları və bütün dünya müsəlmanlarını bayram münasibətilə təbrik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR