Azərbaycan çempionunu qətlə yetirməkdə təqsirləndirilən şəxslərin kassasiya şikayəti üzrə məhkəmə başlayıb
22 avqust 2012 11:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə alpinizm və karate üzrə 7 qat ölkə çempionunu qətlə yetirməkdə təqsirləndirilən Rasim Mirzəyev, Nemət Cəfərov və Orxan Əsgərovun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, kassasiya şikayəti əsasında məhkəmənin ilk iclası keçirilib. Növbəti proses isə sentyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2011-ci il yanvarın 22-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində alpinizm və karate üzrə 7 qat ölkə çempionu Samir Ağayevi baltalayıblar. Samir Ağayev bədənin müxtəlif yerlərinə balta ilə yetirilmiş xəsarətlər nəticəsində Bakıxanov qəsəbəsi N. İsmayılov küçəsindən 3 saylı Xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Mirzəyev və Nemət Cəfərov 13 il, Orxan Əsgərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Hadisə
Sabirabadda yol qəzası olub, xəsarət alan var
18:23
9 sentyabr 2024
Türkiyədən gələn maşında sursat aşkarlanıb - FOTO
17:55
9 sentyabr 2024
Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib
17:34
9 sentyabr 2024
Masallıda 6 aylıq uşaq arabadan yıxılaraq ölüb
17:24
9 sentyabr 2024