Azərbaycanda 20 gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb

Azərbaycanda 20 gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb
# 22 avqust 2012 13:33 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Siyəzən rayon sakini Əsgərov Kamran Tofiq oğlunun meyiti bu gün səhər saatlarında Samur-Abşeron kanalının rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Kamran avqustun 1-də kanalda çimmək istəyərkən boğulub. Ərazidə axtarışlar aparılsa da, onun meyitini tapmaq mümkün olmamışdı.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR