İctimai Palatanın aksiyasında saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb

İctimai Palatanın aksiyasında saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb
# 02 noyabr 2012 12:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın (İP) bu gün Milli Məclisinin (MM) binası qarşısında keçirməyə cəhd etdiyi razılaşdırılmamış piket zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. İP-nın katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, saxlanılan şəxslərə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar: “Məndə olan məlumata görə, 11 ya 12 nəfər saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxslərə xəbərdarlıq edildikdən sonra azad ediblər”.

Qeyd edək ki, bu gün İP MM-in binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR