Şirvan Dəmiryolu Stansiyasında yanğın olub

Şirvan Dəmiryolu Stansiyasında yanğın olub
# 03 noyabr 2012 13:17 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Azərbaycanın Şirvan şəhərində Şirvan Dəmiryolu Stansiyasında yanğın baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Şirvan şəhərinin Dəmiryolu Stansiyasının üçmərtəbəli relslərin çeşidlənməsi məntəqəsinin hərəkəti nizamlama otağında yanğın hadisəsi baş verib. Yanğından Mühafizə İdarəsinin hadisə yerində olan rəisi Ramil Şıxəliyevin bildirdiyinə görə, saat 14:14-də daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Yanğın stansiyanın rele otağında baş verib və xəsarət alan olmayıb. İlkin versiyaya görə, yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR