Sabirabad rayon sakini özünü yandırıb

Sabirabad rayon sakini özünü yandırıb
# 06 noyabr 2012 07:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Sabirabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Balamirzə Cəfərxan oğlu Nabatov üstünə benzin tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətindən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR